Yaponiyanın elektronika nəhəngi Panasonic 2024 maliyyə ilinin ilk yarısı üzrə geniş balans hesabatını açıqladı
Valyuta.az açıqlanan hesabata istinadən xəbər verir ki, şirkətin aprel-sentyabr aylarındakı xalis mənfəəti 1.24 milyard dollara düşüb. Müqayisə üçün qeyd edək k, əvvəlki ilin eyni dövründə şirkətin mənffət payı bu ilkindən 34,5% daha çox olmuşdu.
Şirkətdən səbəb olaraq isə Yaponiya və ABŞ-da yeni elektrikli avtomobil batareya zavodlarının tikintisi göstərilib.
Maliyyə Direktoru Umeda Hirokazu şirkətin batareya təchizat gücünün yüksək olduğunu, üçüncü rübdən etibarən isə ABŞ-dakı fabriklərinin də tam gücü ilə işləməyə başlayacağını vurğulayıb.
Əlavə olaraq qeyd olunub ki, sözügedən 6 aylıq dövrdə (aprel-sentyabr) şirkətin satış gəlirləri 3,2% artaraq 4,25 trilyon yenə (27,7 milyard dollar) yüksəlib.
© Rəhim