ABŞ-da məktəbə süpürgəçinin adı verilib.
Publika.az xəbər verir ki, bu barədə "Good News Network" məlumat yayıb.
Missuri ştatında qərar verilib ki, məktəbin adı 30 ildən artıqdır ki, müəssisədə işləyən 64 yaşlı Kloidin Uilsonun şərəfinə adlandırılsın.
Bu adam təkcə təmizlik işləri ilə kifayətlənməyib, həm də bir çox başqa işlərdə, o cümlədən santexnik və məktəb avtobusunun sürücüsü olub.
Direktor Çak Boren qeyd edib ki, Uilson uşaqların tez-tez dəstək aldığı vacib fiqur olub.
“Problemləri olsa, onun yanına gedirlər”- direktor deyib.