AZ

ADY: Sosial mediada saxta səhifələr istifadəçiləri aldadır, bank kartı məlumatlarını mənimsəyir

Sosial mediada ADY (Azərbaycan Dəmir Yolları) Kart adı altında saxta səhifələr açılıb.

Bu barədə “Operativ Media”ya Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) bildirilib.

Qeydedilir ki, bu səhifələr “il ərzində məhdudiyyətsiz səyahət təklifi ilə ilkin satış qiymətinə smart kart” kimi yalan məlumatlar yayaraq istifadəçiləri aldadır və bank kartı məlumatlarını mənimsəyir.

“Təhlükəsizliyinizi qoruyun: ADY-nin rəsmi səhifələrini izlədiyinizə əmin olun. Şəxsi məlumatlarınızı paylaşmadan əvvəl səhifənin etibarlılığını yoxlayın. Yalnız rəsmi mənbələrdən məlumat əldə edin. Kibercinayətkarlığa qarşı birgə mübarizə aparaq. Şübhəli hallarla qarşılaşdıqda dərhal aidiyyəti qurumlarla əlaqə saxlayın və bank məlumatlarınızı heç kimlə paylaşmayın”, - ADY-dən bildirib.

Seçilən
22
29
operativmedia.az

10Mənbələr