AZ

"Yunayted"in yeni baş məşqçisi öz təyinatı və planları haqda danışdı

style='margin-bottom:10px;'>

"Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim öz təyinatı və transfer planları haqda danışıb.

QOL.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, o, deyib: "Bəzi insanlar deyirlər ki, bura pula görə gəlmişəm. Amma digər klublar mənə 3 dəfə çox pul verirdilər, mən razılaşmadım. Çünki istədiyim klub "Mançester Yunayted" idi"

39 yaşlı mütəxəssis sabiq komandası "Sportinq"dən qış transfer pəncərəsində heç kimi gətirmək istəmədiyini bildirib: "Yanvarda "Sportinq"dın heç bir oyunçunu transfer etməyəcəm. Orada keçirdiyim illər həyatımın ən yaxşı illəri idi və bunu yaddan çıxarmayacam".

Seçilən
20
teleqraf.com

1Mənbələr