2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 50 ölkəsinə 13,9 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
Valyuta.az rəsmi hesabata əsasən xəbər verir ki, 2024-cü ilin sentyabr ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Şirkətin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 74%-ni təşkil edib.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində ən peyk telekommunikasiya xidmətləri ixrac edilən 5 ölkəni təqdim edir:
1. Birləşmiş Krallıq - 4.4 milyon $
2. Lüksemburq - 2,9 milyon $
3. BƏƏ - 736.6 min $
4. Türkiyə - 493,9 min $
5. Rusiya - 488.1 min $
Rəhim