Almaniya çempionatında 9-cu turun oyunları keçirilir.
90deqiqe.Az xəbər verir ki, "Bavariya" evdə "Union Berlin"i qəbul edib. Görüş ev sahiblərinin darmadağınlı qələbəsi ilə başa çatıb.
Doqquz qolun qeydə alındığı "Frankfurt" - "Bohum" matçında da ev sahibləri böyükhesablı qələbə qazanıb.
"Hoffenhaym" evdə "St.Pauli"yə məğlub olub."Volfsburq" evdə "Auqsburq"la heç-heçə edib.
"Holşteyn" evdə "Haydanhaym" üzərində minimal hesabla qalib gəlib.
"Borussiya Dortmund" isə evdə "Leypsiq"i qəbul edib. Bu görüşdə də meydan sahbiləri inamlı qələbə qazanıb.