AZ

Əli Şükürlüdən Avropa birinciliyində 1 gümüş, 2 bürünc medal

Polşanın Raşin şəhərində keçirilən ağırlıqqaldırma üzrə gənclər və 23 yaşadək atletlər arasında Avropa birinciliyi davam edir.

Futbolinfo.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan yığma komandasının ən ağır çəkili idmançısı Əli Şükürlü medal kolleksiyamıza daha 3 mükafat əlavə edib.

Atletimiz birdən qaldırma hərəkətində 173 kq nəticə göstərərək Avropa birinciliyinin gümüş medalını qazanıb. Təkanla qaldırma hərəkətində 201 kq ağırlığı başı üzərinə qaldıran Əli Şükürlü bu dəfə bürünc medala sahib olub.

Təmsilçimiz toplam çəkidə də ən güclü üçlüyə düşməyi bacarıb. O, 374 kq (173+201) nəticəyə imza ataraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Seçilən
42
5
futbolinfo.az

10Mənbələr