AZ

Rövşən Nəcəfin 7 ayı: tam sürətlə geri

AFFA-nın indiki rəhbərliyinin hakimiyyətə gəlməsinin 7 ayı tamam oldu. Həddindən artıq böyük zaman kəsimdir və səriştəsi olan bu müddətdə futbolun inkişafı üçün ən azı təməl prinsipləri müəyyənləşdirər, ən önəmli addımları atardı.

Lakin AFFA rəhbərliyi sələflərinin yolunu gedir, əcnəbiləri, qohum-qardaşı yerbəyer edir. Futbolun inkişafı yaddan çıxıb, hakim qalmaqalları, azarkeş narazılığı, milli komandaların uğursuzluğu daha dözülməz xarakter alıb.

Eyni cümlələri təkrarlamağın mənası yoxdur. AFFA prezidenti Rövşən Nəcəfin, bacarıqsız vitse-prezidentlərin, əksəriyyəti futbolda təsadüfən peyda olan İcraiyyə Komitəsinin üzvlərinin görmədiyi işlər göz qabağındadır. Bircə fakt onların işinə qiymət vermək üçün yetərlidir. Belə ki, Nəcəf və dəstəsi futbola gələrkən dünya reytinqində 112-ci olan millimiz hazırda 118-cidir. Orta hesabla aya bir pillə geriləyən yığmamız indikilərin fəaliyyətsizliyi davam etdikcə 2018-ci ilədək150-ci olmalıdır.

Yeri gəlmişkən, Rövşən Nəcəfdən qurtulmağımıza 40 ay qaldı…

Seçilən
39
futbolinfo.az

1Mənbələr