AZ

"Az oynamağım normaldır"

"Zədədən sonra oynamaq çətindir, amma mən bacardığım qədər komandama kömək etməyə çalışdım".

Sportinfo.az xəbər verir ki, bunu "Gəncə"nin basketbolçusu Cəbrayıl Əkbərov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Millinin də üzvü olan oyunçu "Quba"ya 90:62 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının II turunun matçı ilə bağlı danışıb:

“Komandamız çempionata yaxşı başlayıb. İki görüş keçirib maksimum nəticə qazanmışıq. Bu, yaxşı hazırlığımızın sayəsində olub. "Gəncə”nin uğurlu çıxışı oyunlarda düzgün taktika seçməklə bağlıdı. Rəqibləri təhlil edib, onların necə oynayacağını müəyyənləşdiririk. Məşqçilərin seçdikləri taktika əsasında mübarizə aparıb, verilən tapşırıqları yerinə yetiririk. Əlbəttə ki, hamının meydanda öz gücünü tam olaraq ortaya qoyması qələbəni şərtləndirən amil olur. "Quba" ilə qarşılaşmadan əvvəl, demək olar ki, 3 həftə məşq edə bilməmişdim. Bərpa dövrünün ardından az oynamağım normaldır. Zədədən sonra oynamaq çətindir, amma mən bacardığım qədər komandama kömək etməyə çalışdım. Artıq tam gücümlə məşqlərdə işləyirəm, məqsədim matçlarda kollektivə daha çox kömək etməkdir. Özümü yaxşı hiss edirəm”.

Seçilən
63
sportinfo.az

1Mənbələr