Gənclər və İdman Nazirliyi Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 4-cü ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə yarışı start götürüb.
İdman.biz xəbər verir ki, iştirakçılar mübarizəyə Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından başlayıblar.
Qaçış 10 km məsafəni əhatə edəcək və fərqlənənlər mükafatlandırılacaqlar.
Qeyd edək ki, qaçışdan toplanan vəsait “YAŞAT” Fonduna köçürüləcək.
Aytac Sahəd
İdman.biz