Bakı. Trend:
Noyabrın 3-də Gənclər və İdman Nazirliyi Azərbaycanın Vətənmüharibəsində əldə etdiyi möhtəşəm Zəfərin 4-cü ildönümünə həsredilmiş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə yarışına startverib.
Trend-inməlumatına görə, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib vəVətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutlaanılıb. İştirakçılar Dənizkənarı Milli Parkda yerləşən “Yeddigözəl” fəvvarəsinin yanından qaçışa başlayıblar.
10 kilometr məsafəni əhatə edən qaçışda finişə ilk çataniştirakçılar qalib elan olunaraq mükafatlandırılacaq.
Yarış çərçivəsində əyləncəli tədbirlər də təşkil ediləcək vəfinişə çatan bütün iştirakçılara medal veriləcək. Həmçininiştirakçılar yarışın rəsmi saytına daxil olaraq öz iştirakçısertifikatını yükləyə biləcəklər.
“Qürurla irəli” devizi ilə keçirilən bu qaçışa qatılmaqistəyənlər qeydiyyat zamanı xeyriyyə məqsədilə minimum 20 manatiştirak haqqı ödəməlidirlər. Yarışdan toplanan vəsait “YAŞAT”Fonduna ianə ediləcək.
Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən hər ilənənəvi olaraq təşkil olunur.