AZ

Harris Trampı üstələyib

Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris ilk dəfə Miçiqan ştatında respublikaçı rəqibi Donald Trampı 1% üstələyib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Rasmussen Reports” sosioloji şirkəti məlumat yayıb.

 Şirkət telefon və onlayn sorğunun nəticələrini paylaşıb.

Əgər seçki noyabrın 2-də keçirilsəydi, Miçiqan ştatında seçicilərin 49%-i Harrisi, 48%-i isə Trampı dəstəkləyəcəkdi. 

“Bir faiz başqa namizədə səs verəcəyini bildirib, iki faiz isə qərarsızdır”, - deyə məlumatda bildirilib.

Sentyabr və oktyabr aylarında keçirilmiş əvvəlki sorğularda Harris və Tramp 48% səslə bərabər olublar.

Miçiqan seçicisi arasında sorğu 24 oktyabr - 1 noyabr 2024-cü il tarixləri arasında aparılıb.

Seçilən
26
1
cebheinfo.az

2Mənbələr