Argentinanın Mendosa əyalətində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Onun sözlərinə görə, yeraltı təkanların episentri 109 minə yaxın insanın yaşadığı San Rafael şəhərindən 159 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 176 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.