AZ

Qafqazda tarixi qərar: Qonşu ölkə Bakının 30 illik variantına əl atdı

Gürcüstan keçirilən parlament seçkiləri Azərbaycanda da geniş müzakirələrə səbəb oldu. Hakim Gürcü Arzusu Partiyasının qalibiyyəti ölkənin Avropaya yönəlmə prosesindən geri çəkilib Rusiyanın oxuna qayıtması kimi dəyərləndirilir.

Xüsusilə hakim partiyanın sədri Bidzina İvanişvilinin Tbilsinin Moskvaya yönəlməsində ciddi addımlar atacağı iddia edilir. Bəzi ekspertlərin fikrincə, qonşu ölkədə bu qərar həm region, həm də Azərbaycan üçün müsbət tendensiya sayıla bilər. Beləliklə Cənubi Qafqazda Qərb və Rusiya arasında gedən savaşda oxların Kremlin xeyrinə dəyişdiyi qeyd edilir.

Gürcüstanda mövcud hakim partiyanın iqtidarda qalmasının Bakı üçün əhəmiyyəti nədir?Bidzina İvanişvilinin seçdiyi yol sırf Rusiyayönümlüdür, yoxsa bu, qəsdən belə təqdim edilir? Cənubi Qafqaz hansı təhlükələrlə çevrələnib, riskləri necə bir siyasətlə neytrallaşdırmaq mümkündür?

Globalinfo.az-a danışan politoloq Anar Əliyev deyib ki, 26 oktyabrda Gürcüstan seçicisi hakim Gürcü Arzusu Partiyasına səs verərək 10 ildən artıq davam edən siyasi xəttin tərəfdarı olduğunu göstərdi:


Anar Əliyev

“Qərb mətbuatı total şəkildə, həmçinin Gürcüstandakı tərəfdarları vasitəsilə, Bidzina İvanişvili və Gürcü Arzusu Partiyasının rusiyayönümlü xətt seçdiyini iddia edir. Fikrimcə, mövcud iqtidar xarici siyasətini rusyönümlü deyil, Tbilisinin maraqlarına uyğun, müstəqil şəkildə yürüdəcək.

Siyasətdə domino effekti deyə bir yanaşma var. Hesab edirəm ki, Azərbaycan son 30 ildə ortaya qoyduğu müstəqil xarici siyasət nümunəsi bir çox dövlətlərin, xalqların düşüncəsində eyni effekti formalaşdırıb. Buna ən bariz nümunəni Gürcüstanda müşahidə edirik. Parlament seçkilərində də əslində gürcü ictimaiyyəti Azərbaycan variantını seçdi. Yəni xalq müstəqil xarici siyasətin yürüdülməsini istəyir. Mövcud hakimiyyətin də niyyəti budur, lakin heç də asan deyil.İmperialist dövlətlərin regiondakı maraqları bu siyasəti çətin edir”.

Seçilən
52
turkustan.az

1Mənbələr