AZ

"Qələbə qaçışı"nın qalibi: "11 ildən çoxdur uzun məsafəyə qaçış idmanı ilə məşğul oluram"

11 ildən çoxdur uzun məsafəyə qaçış idmanı ilə məşğul oluram.

"Far.Az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dənizkənarı Milli Parkda təşkil olunan "Qələbə qaçışı"nın qalibi olmuş "Vikinq" klubunun uzun məsafə üzrə qaçış idmançısı Elmar Abışov deyib.

O uzun müddətli zədədən qayıtdığını deyib:

"11 ildən çoxdur uzun məsafəyə qaçış idmanı ilə məşğul oluram. Dəfələrlə ölkə çempionatlarının qalibi və mükafatçısı olmuşam. Həmçinin ilk qələbə qaçışının qalibi adını qazanmışam. İndi də qalib gəlmək mənə qismət oldu. Qələbəmi şəhid və qazilərimizə həsr edirəm. Uzin müddətli zədədən sonra sağalıb yenidən yarışlara qatıldım. Rəqiblərim yaxşı idi. İdman yoldaşlarım bu gün yaxşı performans göstərdilər. Qələbə mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Məşqçimə, dostlarıma, mənə inanan hər kəsə təşəkkür edirəm. Hər birinə uğurlar arzulayıram".

Seçilən
78
6
far.az

6Mənbələr