Ser Aleks Ferqyuson "ACF Sports Promotions"un direktor vəzifəsini tərk edib.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Bild" yayıb.
Mənbəyə görə, təcrübəli mütəxəssis öz şirkətindəki postundan istefa verərək ayrılıb. Bundan sonra onun işlərini oğlu Mark Ferqyuson icra edəcək.
Qeyd edək ki, sözügedən şirkətin əsası 1983-cü ildə qoyulub.