AZ

“Qələbə qaçışı”nın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 4-cü ildönümünə həsr olunmuş “Qələbə qaçışı”nın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin qarşısından start götürən iştirakçılar 10 kilometr məsafəni qət edərək eyni məkanda finişə çatıblar.

Marafonda kişilər arasında Elman Abişov birinci olub. Samir Hüseynov yarışı ikinci, Musa Mikayilzadə isə üçüncü pillədə başa vurublar.

Qadınlar arasında isə müvafiq olaraq Anna Yusupova, Leyla Abdinova, Natalya Vallek ilk üç yerdə qərarlaşıblar.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva təqdim ediblər.

Aytac Sahəd
İdman.biz

Seçilən
51
1
idman.biz

2Mənbələr