AZ

Kiyevdə münaqişənin gedişi ilə bağlı ümidsizlik artır - "Bloomberg"

Ukrayna münaqişəsinin gedişi ilə bağlı ümidsizlik Kiyev hakimiyyəti arasında artır.

Bu barədə "Bloomberg" Vladimir Zelenskinin ofisinə yaxın mənbələrə istinadən yazıb.
 

Mənbələr həmçinin agentliyə bildiriblər ki, ABŞ-da keçiriləcək seçkilərin nəticələri Kiyevin münaqişənin həlli üçün arzuolunmaz şərtləri qəbul etməyə məcbur edilməsinə və ya köməksiz qalmasına gətirib çıxara bilər.


"Bloomberg" vurğulayır ki, hazırda Kiyevin müttəfiqləri Ukraynanı dəstəkləməkdə tərəddüd edir və həmçinin eskalasiyadan qorxurlar.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi bir tədbirdir.

Seçilən
15
1
news365.az

2Mənbələr