İsrailin Beyruta hava zərbəsi nəticəsində Banqladeş vətəndaşı ölüb.
APA-nın xəbərinə görə, bu barədə Banqladeş Xarici İşlər Nazirliyi məlumat yayıb.
Banqladeşin Livandakı səfiri Caved Tanvir bildirib ki, 31 yaşlı Məhəmməd Nizam noyabrın 2-də Beyrutda dayanacaqda olarkən hava zərbəsi nəticəsində ölüb.
Qeyd edək ki, Livanda 1800-ə yaxın Banqladeş vətəndaşı var.