İsrail hərbçiləri Livanın cənubundakı Xiam bölgəsində "Hizbullah"ın silahlı qanadının iki səhra komandirini məhv edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, öldürülənlər Faruk Əmin Alasi və Yusef Əhməd Nundur. Alasi İsrailin Qaliley bölgəsindəki yaşayış mərkəzlərinə, o cümlədən Metula şəhərinə çoxsaylı raket hücumlarına görə cavabdeh olub.
Nun isə Radvan xüsusi təyinatlılarının komandiri kimi fəaliyyət göstərib.
Mənbə: oxu.az