AZ

"Barselona"nın ulduzu küçədə yemək dilənməsindən danışdı - "Pulumuz yox idi"

“Barselona”nın braziliyalı hücumçusu Rafinya uşaqlıq illərinin çətin dövrü ilə bağlı xatirələrini bölüşüb. 

Fanat.Az xəbər verir ki, o, "BarçaTimes"-ə müsahibəsində 12 yaşında məşqdən sonra yeməksiz və pulsuz qalmasından danışıb:

"Hayatımda ən çətin an? Bu, 12 yaşında olarkən baş verib. Komanda yoldaşımla bir məşqdən çıxıb evə yollandıq. Duş ala bilıməmişdik, üst-başımız kirli idi. Avtobusun gəlməsi də uzun çəkdi. Belədə acdıq, amma yeməyə nəsə almaq üçün pulumuz da yox idi. Bu səbəbdən küçədə dilənməyə başladıq. İnsanların reaksiyası fərqli idi. Bəziləri bizdən aralanırdılar, narahat edilmək istəmirdilər. Mən onları anlayıram. Həqiqətən küçə uşaqlarına oxşayırdıq. Amma bəzi yaxşı qəlbli insanlar bizə yardım etdilər, bizə yemək aldılar". 

Qeyd edək ki, 27 yaşlı Rafinya 2022-ci ildən "Barselona"da çıxış edir. Kataloniya klubunun oyunçusunun hazırki bazar qiyməti 50 milyon avrodur. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. 

Mirağa

Seçilən
28
fanat.az

1Mənbələr