AZ

“Rusiya prezident seçkisini pozmaq istəyir” –Moldovadan Avropa İttifaqına müraciət

Rusiya prezident seçkisi günü xaricdəki seçki məntəqələrində moldovalı mühacirlərin səsverməsini pozmağa çalışacaq. Moldova bu barədə Avropa İttifaqına üzv olan bir sıra ölkələrə bildirib.

Azpost.info bildirir ki, bu barədə Reuters agentliyinə Moldova hökumətindəki mənbə məlumat verib.

Agentliyin adının çəkilməməsini istəyən mənbəsi deyib ki, İtaliya, Fransa, Almaniya, İspaniya, Kanada, Rumıniya, ABŞ və Böyük Britaniyadakı seçki məntəqələri səsverməni pozmaq üçün Rusiyanın hədəfinə çevrilə bilər. Bu, səsvermə məntəqələrinin minalanması barədə saxta xəbər yayılması formasında edilə bilər.

“Məqsəd bomba təhlükəsi səbəbindən evakuasiya və polis yoxlamaları zamanı səsvermə prosesini dayandırmaqdır. Biz xahiş edirik ki, səsvermə prosesini dayandırmayan prosedurlar və protokollar tətbiq edilsin”, – Moldova bir sıra Aİ ölkələrinə bildirib.

Qərbdə yaşayan moldovalı seçicilər əsasən avropapərəst hesab olunurlar. Buna görə də Moldovanın Avropa Birliyinə üzv olmaq cəhdini müdafiə edən Sandanı daha çox dəstəkləyəcəklər.

Oktyabrın 20-də keçirilən referendumda diaspor səsverməsi Sandu komandasının qələbəsi üçün həlledici olub. Bu, ölkənin Aİ-yə daxil olmaq istəklərini təsdiq edib. Referendum seçkilərin birinci turu ilə eyni vaxtda baş tutub.

Azpost.info

Seçilən
41
azpost.info

1Mənbələr