AZ

"Azercell" bu tarif paketlerini BAHALAŞDIRDI - SİYAHI


“Azercell Telekom” bəzi tarif paketlərin qiymətini artırır.

News24.az Yenicag.az-a istinadla xəbər verir ki, bahalaşma dekabrın 2-dən etibarən tətbiq ediləcək.

Belə ki, fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş tarif və xidmətlər daxilində dəyişikliklər aşağıdakılardır:

1.”Bölgə” tarif paketi çərçivəsində bölgələrdə ölkədaxili zəngin 1 (bir) dəqiqəsi üçün 0,08 AZN xidmət haqqı tətbiq ediləcək (əvvəl 0,06 AZN).

1.”Azercellim” tarif paketi çərçivəsində ölkədaxili zəngin 1 (bir) dəqiqəsi üçün 0,08 AZN xidmət haqqı tətbiq ediləcək (əvvəl 0,06 AZN).

1.”GəncSim” tarif paketi çərçivəsində ölkədaxili zəngin 1 (bir) dəqiqəsi üçün 0,10 AZN xidmət haqqı tətbiq ediləcək (əvvəl 0,09 AZN).

1.”Simkredit”, “Simtaksit”, “Ekstra kredit” və “İnternet kredit” xidmətlərinə göndərilən hər sorğu üçün 0,08 AZN xidmət haqqı tətbiq ediləcək (əvvəl 0,05 AZN).

Fakturalı və fakturasız xətt sisteminə aid nömrələrin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş “SuperSən” (“SuperSən 1GB”, “SuperSən 3GB “, “SuperSən 6GB”, “SuperSən 10GB”, “SuperSən 20GB”, “SuperSən 30GB”) və “Premium” (“Premium 50GB”, “Premium 75GB”, “Premium 100GB”) tarif paketləri çərçivəsində təqdim edilən əsas istifadə imkanı istifadə müddətindən əvvəl bitdikdə, həmçinin müvafiq paketin yenilənməsi üçün nömrənin balansında kifayət qədər vəsait olmadıqda ölkədaxili zəngin 1 (bir) dəqiqəsi üçün 0,08 AZN xidmət haqqı tətbiq ediləcək.





Seçilən
13
17
news24.az

10Mənbələr