Əplin istehsal etdiyi texnologiya yaxşıdır, lakin korporasiya ABŞ-ın maraqlarına xidmət edir və bunu unutmaq olmaz.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.
“Əpl yaxşı texnologiyadır. Ancaq bir şeyi başa düşmək lazımdır, Əpl öz ölkəsinə xidmət edir. O, ölkəsi üçün pul qazanır və kəşfiyyat xidmətlərinə kömək edir. Amma yaxşı texnologiyadır”, - Medvedyev bildirib.