AZ

FİFA-nın başı dərddə -KDÇ-nin boykotu tələb olundu

2025-ci ilin yayında ABŞ-da keçiriləcək klublararası dünya çempionatı gözlənilməz çətinliklərlə üzləşib.

Fanat.Az "The Times"-ə istinadən xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası (FIFA) nəinki bir sponsorluq və ya yayım müqaviləsi imzalaya bilmir, həm də oyunçular tərəfindən geniş miqyaslı boykotla hədələnir.

İngiltərə, İtaliya və Fransadakı oyunçuların həmkarlar ittifaqları turnirin reklam kampaniyalarında iştirakdan imtina da daxil olmaqla, ekstremal tədbirlər görməyə hazır olduqlarını açıq şəkildə bəyan ediblər. Bu demarşın səbəbi FİFA-nın idarəetmə qərarlarından və təşkilatın oyunçuların hüquqlarına və iş şəraitinə münasibətindən dərin narazılıqdır.

2025-ci ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılan Klublararası Dünya Çempionatı münaqişə həll olunmazsa, təkcə reklam dəstəyini deyil, həm də əhəmiyyətli auditoriyanı itirmək riski ilə üzləşə bilər. Sponsorların və yayımçıların olmaması, indi isə futbolçuların aşkar narazılığı turnirin nüfuzuna kölgə salır. Futbolçular "hörmət və ədalətli şərtlər" tələb edirlər.

Mirağa

Seçilən
22
13
fanat.az

10Mənbələr