AZ

310 saylı məktəbin direktoru Rəsmiyə Quliyeva və müəllimi CƏZALANDIRILDILAR - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Sabunçu rayonu 310 saylı orta məktəbdə “fond pulu”nun yığılması barədə yayılan məlumatlar barədə araşdırma aparıb.

Azia.az xəbər verir ki, idarədən Oxu.Az-ın sorğusuna cavab olaraq 310 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən şagirdlərdən vəsaitin toplanılması barədə yayılan məlumatla əlaqədar araşdırma aparıldığı bildirilib:

“Araşdırma zamanı 310 nömrəli tam orta məktəbin direktoru tərəfindən məktəbdə nəzarətin zəif təşkil edilməsi, 5 “e” sinif rəhbərinin zəruri qabaqlayıcı və maarifləndirici tədbirlər görməməsi səbəbindən valideyn tərəfindən tədris materiallarının surətlərinin çıxarılması və digər bu kimi məqsədlər üçün digər valideynlərdən vəsait toplanılması müəyyən olunub.

Bu baxımdan, vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə 310 nömrəli tam orta məktəbin direktoru Rəsmiyə Quliyevaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən xəbərdarlıq edilib. Əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə 310 nömrəli tam orta məktəbin müəllimi Mehriban Əliyevaya isə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən intizam tənbehi kimi töhmət verilib”.

Qeyd edilib ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.




Seçilən
22
azia.az

1Mənbələr