AZ

Vətən Müharibəsinə həsr edilən “Qələbə qaçışı” keçirilib

Gənclər və İdman Nazirliyi Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərin 4-cü ildönümünə həsr olunan “Qələbə qaçışı” adlı xeyriyyə xarakterli yarış təşkil edib.

4-cü təfə keçirilən və 1500-dən çox iştirakçının qatıldığı qaçış Bakı Bulvarındakı “Yeddi Gözəl” fəvvarəsinin yanından başlayıb və 10 kilometr məsafəni əhatə edib.

Yarışda iştirak edən və finişə çatan bütün iştirakçılara medallar təqdim edilib.

Kişilərin mübarizəsində Elmar Abışov, qadınlarda isə Anna Yusubova ilk sıranı tutublar.

Qeyd edək ki, Gənclər və idman naziri Fərid Qayıbov da yarışa iştirakçı qismində qatılıb.

Seçilən
61
cbcsport.az

1Mənbələr