"Benfika"nın türk futbolçusu Kerem Aktürkoğlu uğurlu çıxışlarını davam etdirir.
QOL.az "NTV Spor"a istinadən xəbər verir ki, sentaybr ayında "Qalatasaray"dan Portuqaliya klubuna keçən hücumçu ilə yeni müqavilə ilə bağlı hazırlıq gedir.
"Benfika" Avropanın bir neçə klubunun maraq dairəsində olan 26 yaşlı futbolçunun sərbəst qalma qiymətini 60 milyondan 100 milyon avroya qaldırmağı planlaşdırır. Aktürkoğlu 100 milyon avro qarşılığında hansısa klub keçsə, bu, Türkiyə futbolu tarixində rekord olacaq.
Qeyd edək ki, Kerem Aktürkoğlu sentyabrdan keçdiyi "Benfika"da 15 oyuna 10 qol vurub, 6 qol ötürməsi edib.