Avropa siyasətçiləri ABŞ-ın Ukrayna ilə bağlı siyasətində mümkün dəyişikliyə, Vaşinqtonla hərbi əlaqələrin zəifləməsinə və ticarət müharibələrinin başlamasına hazırlaşır.
“The Washington Post”un yazdığına görə, ABŞ-ın Avropadakı ən yaxın müttəfiqləri Donald Trampın noyabrın 5-də keçiriləcək seçkilərdə yenidən prezident seçiləcəyi təqdirdə münasibətlərin pozulması ehtimalına qarşı ehtiyat tədbirləri görür.
Qeyd edilir ki, Brüssel xüsusilə Trampın təhlükəsizlik sazişləri istiqamətində mümkün addımlarına qarşı tədbirləri nəzərdən keçirir.
TAHİR