AZ

Alman dilindəki ən uzun sözlər - 67 hərf

Alman dilinin qrammatikasının xüsusiyyətlərinə görə dildə bir neçə sözdən ibarət çoxlu uzun terminlər var. Müxtəlif dərsliklərdə bu və ya digər "ən uzun söz"lər tez-tez verilir. 

Qaynarinfo xəbər verir ki, indi ən nüfuzlu alman lüğətlərindən biri olan "Duden" öz reytinqini tərtib edib. Onun mütəxəssisləri son 10 il ərzində ən azı beş dəfə mediada yer alan uzun sözləri tədqiq ediblər. 

Ən uzun sözlər bunlardır:

Grundstücksverkehrsgenehmigungszuständigkeitsübertragungsverordnung (67 hərf) - Bunu "torpaq sahəsi ilə əməliyyata icazə verərkən yurisdiksiyanın ötürülməsi qaydası" kimi tərcümə etmək olar.

Straßenentwässerungsinvestitionskostenschuldendienstumlage (58 hərf) -  "Yolların drenajına investisiyalar üçün borclara xidmət üçün ayırmalar" deməkdir.

Kurzfristenergieversorgungssicherungsmaßnahmenverordnung (56 hərf). - "Enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün qısamüddətli tədbirlər haqqında Qayda" anlamına gəlir.

Aydın

Seçilən
24
1
qaynarinfo.az

2Mənbələr