AZ

"Formula-1": Braziliya Qran-prisinin təsnifat yarışı keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bazar günü "Formula-1" çempionatının 21-ci mərhələsi - Braziliya Qran-prisində təsnifat mərhələsi baş tutub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, San-Pauludakı hava şəraiti ilə əlaqədar təsnifat şənbə günündən təxirə salınıb.
İlk sırada "McLaren" komandasının pilotu Lando Norris qərarlaşıb. "Mercedes"in nümayəndəsi Corc Rassel ikinci, "Red Bull"un yapon pilotu Yuki Tsunoda üçüncü yeri tutub.
Maks Ferstappen ("Red Bull") və Lens Strollun ("Aston Martin") qəzası nəticəsində trekdə qırmızı bayraqlar görünüb.
"Formula-1"in yeddiqat çempionu Lyuis Hemilton 16-cı nəticə nümayiş etdirərək birinci seqmentdən kənara çıxa bilməyib.
Seçmə yarışları zamanı həm "Aston Martin", həm də "Williams" pilotları qəzaya uğrayıblar.
Seçilən
125
44
oxu.az

10Mənbələr