AZ

Əlləri yanan 10 aylıq körpənin dəstəyə ehtiyacı var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



10 aylıq Nurgülün yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Əfsanə Ağayeva məlumat verib.
O bildirib ki, övladı oktyabrın 16-sı ehtiyatsızlıqdan yanıb.
"Nurgül 10 aylıqdır, o oktyabrın 16-sı qaynar termosu üzərinə çəkib, aşırdıb. Onun barmaqları, əlləri, ayaqları yanıb. Həmin gün biz Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Orda bir müddət müalicə alsaq da, artıq evə çıxmışıq. Hazırda Nurgülün mazlarını və dərmanlarını almaq üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 571-32-23.
Kapital Bank: 4169 7388 4900 9307.
Seçilən
25
25
oxu.az

10Mənbələr