Qədim Roma dövründə tikilmiş bənd İspaniyanın Almonasidi de la Kuba şəhərini daşqından xilas edib.
Axar.az xəbər verir ki, bu barədə “El Espanyol” nəşri məlumat verib.
“Hadisə yerindən çəkilmiş kadrlar Almonasid de la Kubadakı Roma bəndinin inşasından təxminən 2000 il sonra da effektivliyini göstərir”, - məlumatda qeyd olunub.
Bildirilib ki, bəndin konstruksiyası digər İspaniya şəhərlərinin məruz qaldığı tələfat və dağıntıların qarşısını alaraq, su axınlarını məskunlaşan ərazidən uzaqlaşdırmağa imkan verib. Nəticədə Almonasid de la Kubada heç bir zərər qeydə alınmayıb.
Qeyd edək ki, bənd bizim eranın I əsrində Roma imperatoru Avqustun dövründə inşa olunub.