Rusiyanın Leninqrad vilayətinin Murino şəhərində 20 yaşlı qız 14 yaşlı 8-ci sinif şagirdindən hamilə qalıb.
Sevgililər arasında münasibət sentyabr ayında başlayıb. Artıq oktyabrın sonunda məlum olub ki, Dariya hamiləliyinin ikinci ayındadır. Sonradan isə onun qarnındakı uşağın atasının səkkizinci sinif şagirdi olduğu üzə çıxıb.
Yetkinlik yaşına çatmayanların işləri üzrə müfəttişlik, eləcə də Murino şəhərinin istintaq şöbəsi bu vəziyyətlə maraqlanıb. Qız yerli Cinayət Məcəlləsinin 134-cü ("yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqə") maddəsi ilə ittiham olunur.
İndi Dariyanı 4 ilə qədər həbs gözləyir.
Bundan əlavə, qadının ərzaq mağazalar şəbəkəsində kassir işlədiyini, həmçinin ölümlə hədələmə, vandalizm və oğurluq ittihamları ilə cəzalandırıldığını bildirir.