Naməlum şəxslər Finlandiyanın Moskvadakı səfirliyinin hasarına “Aland adaları bizimdir” yazısı qoyub və ona yumurta atıblar. Finlandiyanın Rusiyadakı səfiri Marja Liivala bildirib ki, Helsinki hücum edənlərin hərəkətlərinə cavab olaraq Moskvaya diplomatik nota göndərib.
SİA-nın əldə etdiyi məlumata görə, Finlandiya Xarici İşlər Nazirliyi Moskvadakı Finlandiyanın səfirliyində baş verən insidentlə bağlı narahatlığını bildirib.
Finlandiyanın Rusiyadakı səfiri Marja Liivala STT-yə bildirib ki, polis tez bir zamanda bu cinayətdə iştirak edən 5 nəfəri saxlayıb.
Yazı kərpic hasarın ən azı üç hissəsini tuturmuş.
Finlandiya Xarici İşlər Nazirliyi artıq noyabrın 2-də Rusiya Xarici İşlər Nazirliyinə rəsmi nota göndərərək baş verənlərin araşdırılmasını tələb edib.
Finlandiya tərəfi bu cür hərəkətləri qəbuledilməz hesab edir və müvafiq izahat tələb edib. Finlandiya Aland adalarında Rusiyanın üç daşınmaz əmlakına, o cümlədən dəniz kənarındakı torpaq sahəsinə həbs qoyub ki, bu da onları strateji əhəmiyyət kəsb edir.
Bundan əvvəl Finlandiya Aland adalarının silahsızlaşdırılmış statusunu saxlamağa söz vermişdi.
Əli Babayev