Səudiyyə Ərəbistanı şahzadəsi Əbdüləziz bin Talal əl Səud Ermənistana səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilib ki, Əbdüləziz Bin Talal əl Səud noyabrın 5-də “Sosial ədalətə aparan yol: layiqli iş” mövzusunda beynəlxalq konfransda iştirak edəcək.
Qeyd edək ki, İrəvan və Ər-Riyad arasında diplomatik əlaqələr 2023-cü ilin noyabrında qurulub.