AZ

İranda ABŞ-nin maliyyələşdirdiyi media orqanında işləyən şəxs saxlanıldı

İranda ABŞ-nin maliyyələşdirdiyi media orqanında işləyən ikili vətəndaşlığı olan şəxs saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Associated Press” agentliyi məlumat yayıb.

Rza Vəlizadənin ABŞ-nin Qlobal Media Agentliyinin nəzarətində olduğu və maliyyələşdirdiyi farsdilli “Radio Fərda” nəşrinin əməkdaşı olduğu bildirilir.

ABŞ Dövlət Departamenti agentliyə Vəlizadənin saxlanması faktını təsdiqləyib və qeyd edib ki, onlar vəziyyətlə bağlı məlumat toplamaq üçün İranda ABŞ-nin himayədarı kimi xidmət edən isveçrəli tərəfdaşlarla işləyirlər.

Mənbə: qafqazinfo.az

Seçilən
139
50
qafqazinfo.az

10Mənbələr