AZ

"Müharibədən ötən 1000 gün ərzində Putin strateji məqsədlərinin heç birinə nail olmayıb" - Pentaqon rəhbəri

"Rusiya 2022-ci ilin fevralından yüz minlərlə qurban verib və 200 milyarddan çox dolları havaya sovurub..."
 
Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə strateji məqsədlərinə çatmayıb, bu zaman Ukrayna sarsılmayıb və möhkəm dayanır.
 
Moderator.az xəbər verir ki, bu fikri ABŞ müdafiə naziri Lloyd Ostin "Foreign Affairs" nəşrində köşə yazısında ifadə edib.
 
Onun sözlərinə görə, "müharibədən ötən az qala 1000 gün ərzində Putin özünün strateji məqsədlərindən heç birinə nail olmayıb", "prezident Vladimir Zelenski qaçmayıb, Kiyev çökməyib və Ukrayna təslim olmayıb".
 
Ostin deyib ki, bunun əvəzinə Rusiya "Putinin ağılsız imperiya ambisiyalarının heyrət doğuracaq bədəlini ödəyib".
 
O cümlədən, "Rusiya 2022-ci ilin fevralından yüz minlərlə qurban verib və 200 milyarddan çox dolları havaya sovurub", - Ostin əlavə edib.
 
O, Strateji və Beynəlxalq  Təqdiqatlar Mərkəzinin məlumatlarını açıqlayıb, bu məlumatlara görə, tammiqyaslı müharibənin təkcə birinci ilində Rusiyanın itkiləri ikinci dünya savaşından sonra Moskvanın bütün münaqişələrdə bütövlükdə itkilərindən çox olub.
 
Nazir qeyd edib ki, Ukrayna "Putinin əlindən dəhşətli əzablara düçar olub", amma "sarsılmayıb və hətta daha da möhkəmlənib".
Seçilən
59
moderator.az

1Mənbələr