AZ

Azərbaycanda bələdiyyə seçkiləri gələn ilə QALDI - SƏBƏB

Azərbaycanda bu il bələdiyyə seçkiləri keçirilməyəcək.

 Modern.az-ın məlumatına görə, səsvermə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilərə 60 gün qalmış elan edilməlidir. İlin bitməsinə 60 gün qalsa da, seçkilər təyin olunmayıb.

 Yerli özünüidarəetmə orqanlarına sonuncu seçkilər 23 dekabr 2019-cu ildə keçirilib. Seçki Məcəlləsinə görə, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır.

 Belə olanda halda bələdiyyə seçkilərinin 2025-ci ildə keçiriləcəyi gözlənilir.

 Sonuncu seçkilər 15 min 156 bələdiyyə üzvünün seçilməsi üçün 1606 bələdiyyəni əhatə edib. 1597 bələdiyyədə seçkilər baş tutmuş hesab edilib və 15 075 bələdiyyə üzvü seçilib.


Seçilən
21
2
azia.az

10Mənbələr