AZ

"Məğlubiyyəti futbolçularla əlaqələndirə bilmərəm" - bəs kimdi günahkar?

"Sabah" Misli premyer-liqasının 12-ci turunda "Sumqayıt"a uduzdu - 0:1.


"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Krunoslav Renduliç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.


- "Sumqayıt"ı təbrik edirəm. Onlar fərqləndilər, amma biz bunu bacarmadıq. Bura xal götürməyə gəlmişdik. Əfsuslar olsun ki, alınmadı. Demək olar ki, oyun ərzində yalnız biz çalışdıq. Sadəcə, hücum cəhdləri zamanı nəyəsə nail olmadıq. Sonda künc zərbəsindən qapımızda qol gördük.


- "Sabah" bundan əvvəlki oyunlarda da rəqibindən daha yaxşı performans göstərdi, amma qələbə qazana bilmədi. Bu, nə ilə bağlıdı? Niyə nəticə yoxdu?
- Cavab çox çətindi. Oyunçularımız qələbə qazanmaq istəyir. Bu gün qol fürsətləri əldə edə bilmədik. Gərək heç olmasa, yaxşı müdafiə olunaydıq...

- Bəlkə oyunçuların keyfiyyəti buna icazə vermir?
-Məğlubiyyəti futbolçularla əlaqələndirə bilmərəm. Əvvəlki matçlarda da bu komanda uğur qazanıb. Bəlkə də ardıcıl heç-heçələr komandaya psixoloji cəhətdən mənfi təsir edib.

KƏNAN BAHADIR
Seçilən
28
football-plus.az

1Mənbələr