AZ

Azərbaycan Basketbol Liqasında III tura yekun vurulub

Basketbol üzrə Azərbaycan çempionatında III tura yekun vurulub.

SİA xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib. “Sabah” “Abşeron”a 75:59, “Şəki” isə “Sumqayıt”a 101:61 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun əvvəl təşkil olunan oyunlarında “Naxçıvan” “Sərhədçi”ni 83:66, NTD “Neftçi”ni 66:63, “Gəncə” “Ordu”nu 82:61, “Lənkəran” isə “Quba”nı 86:81 hesabı ilə üstələyib.

Seçilən
33
sia.az

1Mənbələr