Misli Premyer Liqasının 12-ci turu çərçivəsində səfərdə “Sumqayıt”a uduzan (0:1) “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, xorvatiyalı mütəxəssis oyunsonrası mətbuat konfransında matçla bağlı bunları dilə gətirib:
“Rəqibi təbrik edirəm. Bura xal qazanmaq üçün gəlmişdik. Əfsuslar olsun ki, buna nail ola bilmədik. Oyuna biz nəzarət edirdik. Amma hücumda xüsusi nəsə yarada bilmədik. Bu gün oyunun 60-70 faizini rəqibin cərimə meydançasında keçirdik. Çoxlu qol fürsətləri yaratdığımızı deyə bilmərəm. Belə oyunlarda müdafiədə də səhv etməməlisən. Məğlubiyyəti oyunçuların keyfiyyəti ilə bağlamaq istəməzdim. Çünki əvvəlki matçlarda da bu futbolçular oynayıb”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta