"Formula-1" üzrə Brazili Qran-prisinin qalibi bəlli olub.
İdman.biz xəbər verir ki, "İnterlaqos" avtodormunda keçirilən yarışı Maks Ferstappen qazanıb.
"Red Bull" pilotu mübarizəyə 17-ci pillədən start versə də, finiş xəttini birinci keçib. Güclü yağış üzündən qəzalarla yadda qalan yarışda təhlükəsizlik maşınının bir neçə dəfə trasa çıxması Ferstappenə kömək edib. Niderlandlı sürücü uğurlu taktika sayəsində 10 mərhələdən sonra yenidən podiumun ən yüksək pilləsində yer alıb.
"Alpin" sürücüləri Esteban Okon və Pyer Qasli böyük sürprizə imza ataraq, növbəti iki yeri tutublar. Çempionluq yarışında Maksın əsas rəqibi Lando Norris ("Maklaren") yarışı 6-cı pillədə başa vurub.
Qeyd edək ki, hesabında 393 xal olan Ferstappen Norrisi 62 xal qabaqlayır. Çempionatın bitməsinə 3 mərhələ qalıb.
İdman.biz