AZ

İran prezidenti Naxçıvana dəhlizlə bağlı bu sözləri niyə dedi...?

Image

"Mehr" agentliyinin məlumatına görə, İran prezidenti Məsud Pezeşkian Azərbaycanla sərhəd dəhlizinin reallaşdırılmasının sürətləndirilməsinin zəruriliyini vurğulayıb.

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. 

A.Quliyev daha sonra yazır:

Heç şübhəsiz prezident İran ərazisindən Arazboyu ilə Azərbaycanın şimal-qərbini Naxçıvanla birləşdirən dəhlizi nəzərdə tutur.  Təbii ki, burada İranın istəyi heç də Naxçıvanla dəhlizin mümkün qısa müddətlərdə açılmasından daha çox başqa şeydir. Nədir?

1. İran Arazboyu dəhlizin mümkün tez açılması ilə Zəngəzur dəhlizinin gündəmdən salınmasına nail olmaq istəyir.

2. Müttəfiqi Ermənistanın bölgə maraqlarına sadiqliyini nümayiş etdirir.

Tahir TAĞIYEV





Seçilən
77
baki-xeber.com

1Mənbələr