Vinisius Juniorun "Real Madrid" klubunda gələcəyi şübhə altındadır. 

Offsideplus.az xəbər verir ki, braziliyalı hücumçu rəhbərliyin yeni müqavilə təklifini geri çevirib. Futbolçunun "Kral klubu"ndakı gələcəyi qeyri-müəyyəndir. 

Qeyd edək ki, Vinisiusun "Real"la sözləşməsinin müddəti 2027-ci ilə qədərdir. O, 2018-ci ildən Madrid klubunda çıxış edir. 

Oyunçunun "Transfermarkt"dəki dəyəri 200 milyon avro civarındadır.