AZ

Ermənilər Azərbaycanın "yırtıcı çöl quşu" abidəsini belə saxtalaşdırmışdılar - Tarix

"Ermənilərin ( ermənicə tərcümədə “Axçka Berd”) adlandırdıqları Qız qalası, Qərbi Azərbaycanın (indiki Ermənistan) Tovuz mərzi deyilən ərazisində yerləşir. 1995-ci ildə ermənilər tarixi saxtakarlığa yol verərək ərazinin adını dəyişib “Tavuş” adlandırırlar.

Ermənilərin sahib çıxmaq istədikləri “Qız qalası” abidəsinin kimə məxsus olması və nə məqsədlə, eləcədə kim tərəfindən tikildiyini  öyrənmək üçün, ilk öncə qalanın adından adından başlamağı lazım bildik. "Qız" sözünün qədim mənalarını araşdıranda məlum oldu ki, bu erməni mədəniyyətindən çox uzaqdır. Beləki erməni sözlüklərində tapılmayan bu sözə qədim türk sözlüklərində rast gəlindi. Məlum oldu ki, qədim türk sözlüklərində "qız" sözünün iki mənası olub: biri gənc qadın, digəri isə quzğun (yırtıcı quş)".

Bunu Musavat.com- a AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitunun əməkdaşı Faiq İsmayılov deyib. O bildirib ki, qədim türklər, qartal, quzğun, şahin kimi yırtıcı quşları, totem və onqonlarına daxil etmişdilər. Türklər  bu quşlara, xilaskar, qoruyucu  kimi baxırdılar və yaşadıqları yerlərə hətta övladlarına da  bu quşların adlarını verirdilər ki, totem və onqonlar  onları qorusunlar.
Məhz bu baxımdan qız qalasının adının da bu inamdan yarandığı ehtimalı daha uyğun görünür.

"Hələ Hun dövründən məlum olan "qırqız" etnonimində də "qız" sözü "quzğun" mənasında işlənib. "Qır" sözü isə indi də türk dillərinin çoxunda "bozqır", "səhra", "çöl" kimi mənalandırılır.  Ehtimal etmək olar ki qalanın "qır-qız ", yəni yırtıcı çöl quşu adlandırılması türk mənşəyinə uyğunluğunu sübut edir. Eyni zamanda bu ad xalqın əzmkarlığını, iradəsini, cəsurluğunu, döyüşkənliyini ifadə edirki, bu da yalnız türk xalqlarına aid xarakterdir.

“Qız qalası” meşə ilə örtülü gözəl görüntülü Araxçan çayı ətrafındakı dağ zirvəsində tikilib.  Qalanın ətrafı sıldırım qayalar və hündür mühafizə divarları və  qüllələrlə əhatə olunub. Qala iki hissədən- yuxarı qala və aşağı qaladan ibarətdir, təxminən 10 hektar ərazini əhatə edir. Qalanın şimal hissəsində çoxlu sayda bina xarabalıqları öz mövcudluqlarını indi də qoruyub saxlayır.

Hal-hazırda Qız qalası barədə erməni alimlərinin uydurduqları nağıl və rəvayətlərin heç biri reallığı əks etdirmir. Beləki Azərbaycanın bu mədəni irs nümunəsini mənimsəmək üçün, erməni rəvayətlərinin və hətta “tədqiqatlarının” heç birinin elmi əsası yoxdur.  Hətta ermənilərin qala barədə bir mənbədə uydurduqları, digər erməni mənbələrində elə özləri tərəfindən təkzib olunur.

Erməni mənbələri qalanın adının “Cayenne” olduğunu iddia edir və onların uydurmasına görə, guya Monqol işğalı zamanı işğalçılara tabe olmayan erməni qız özünü qaladan çaya atıb öldürür. Bundan sonra “Cayenne” qalası, “Qız qalası” adlandırılmağa başlayırlar.

Erməni məlumatından belə məlum olur ki, qala Monqol işğalından öncə mövcud olub. Qalanı sonralar Monqollar işğal ediblər. Lakin diğər erməni mənbələrində isə qalanın XII əsrdə tikildiyini iddia edirlər. Bu iddia qalanın Monqol işğalı dövrü mövcud olmadığını göstərir. Ermənilərin də iddia etdikləri kimi qala XII əsrdə tikilibsə, həmən dövr yəni XII-XIII əsrlərdə bu ərazilər Səlcuq İmperiyasının tərkibində  olub.  Həmin dövrdə, Səlcuq Dövləti xarici təcavüzlərdən qorunmaq üçün, nəzarət etdikləri ərazilərdə bir çox istehkamlar, qalalar tikirdilər ki, onun biri də Tovuz mərzində yerləşən Qız qalasıdır.

Abidənin memarlıq quruluşunun müayinəsi zamanı onun həqiqətən də  XII-XIII əsrlərdə Səlcuqlar tərəfindən tikildiyini ehtimal etmək olur. Lakin ermənilər bu qalanın da divar yazılarını, qəbirüstü abidələri, qala daxilindəki tikintilər üzərindəki elementləri dağıdaraq, qala haqqında bütün məlumatları məhv ediblər. Abidənin üzərindəki divar yazılarının silinməsi, abidənin öz tarixindən məhrum etmək məqsədi daşıyır və bu ermənilər tərəfindən törədilən vandalizm aktıdır.

Ermənilərin bu abidəni öz mədəni-irslərinə aid etmək üçün erməni iddialarının, göründüyü kimi heç bir əsası yoxdur. Beləki XX əsrin əvvəllərində Azərbaycan torpaqları üzərində Rusiya tərəfindən suverenliyi elan olunan Ermənistan bu ərazilərdəki daşınan və daşınmaz mədəni-irs nümunələrini mənimsəməklə özlərinə saxta tarix yaratmağa cəhd edirlər".

Şahanə Rəhimli
Musavat.com

Seçilən
27
musavat.com

1Mənbələr