Misli Premyer Liqasının XII turunda "Sabah" səfərdə "Sumqayıt"a 0:1 hesabla məğlub olub.
Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç oyunla bağlı fikirlərini bölüşüb:
“Bura 3 xal qazanmaq üçün gəlmişdik. Lakin təəssüf ki, buna nail ola bilmədik. Demək olar ki, bütün oyun ərzində üstünlük bizim tərəfdəydi. Ancaq hücumda xüsusi bir şey yarada bilmədik. Əvəzində, son dəqiqələrdə standart vəziyyətdə qol buraxaraq, oyunu məğlub başa vurduq”, - mütəxəssis qeyd edib.