AZ

ABŞ hakimiyyəti seçkilərdən sonra ölkədə sabitliyin pozulacağından qorxur - The Washington Post

ABŞ administrasiyası prezident seçkilərindən sonra yeni prezidentin andiçmə mərasiminə qədər olna müddətdə xarici dövlətlərin ölkə daxilində sabitliyi pozması cəhdlərinə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu sensasiyalı məlumatı The Washington Post (WP) yayıb.

Amerika rəsmiləri arasından olan mənbənin qəzetə dediyinə görə, “ABŞ prezidenti Co Bayden administrasiyası səlahiyyətlərin yeni prezidentə keçməsi zamanı xaricdən ABŞ-ı təhdid etmək və ya sabitliyi pozmaq cəhdlərinə qarşı yüksək hazırlıq vəziyyətindədir”. Qəzet yazır ki, ABŞ rəsmiləri Birləşmiş Ştatlarda "həddindən artıq siyasi qütbləşmə nəticəsində daha da təhlükəli olan həssas dövrdən istifadə etmək cəhdlərinin" qarşısını almağa çalışırlar.

Materialdan aydın olur ki, Pentaqon “seçkilərdən sonra və yanvarın 20-də növbəti prezidentin andiçmə mərasimindən əvvəl baş verə biləcək bir sıra ssenarilərə hazırlaşır”.

Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr