Əvvəlcə Serbiyaya 0:10 uduzan qızlar dünən də Lüksemburq önündə “ağ bayraq qaldırdı” – 0:3. Bir ölkənin yığması 0:10 uduzursa, həmin ölkədə qadın futbolunu yaşatmağın mənası varmı? Qadınlardan ibarət yığmamızın sabiq kapitanı İradə Quliyevanın “Football-plus.az”a cavabı:
“Bir məğlubiyyətlə qadın futboluna inam itə bilməz. Əsas milli komandamızda Millətlər Liqasında öz qrupunda 1-ci yeri tutdu. İndi şükürlər olsun ki, region və Bakı komandaları çoxdu. U-13,U-15, U-17 və Yüksək qızlar liqamız var. AFFA tərəfindən böyük dəstək var. Bu idmandı, qələbə də, məğlubiyyət də mümkündü. Ölkəmizdə qadın futbolunun çox böyük gələcəyi olacağına inanıram”.
RÖYANƏ OĞUZ