AZ

Zirehli avtomobil ABŞ Dövlət Departamentinin sifarişi ilə yaradılıb

...Chevrolet Suburban xətti Shield-in zavod zirehli versiyası ilə tamamlanıb. Çərçivəli yolsuzluq avtomobilləri ABŞ-ın digər ölkələrdəki diplomatik nümayəndəlikləri üçün xüsusi olaraq istehsal olunacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə GM Defence saytı yazıb.

Məhz General Motors konserninin bu müdafiə bölməsi ABŞ Dövlət Departamentinin sifarişi ilə zirehli yolsuzluq avtomobilini yaradıb.

Daha əvvəl məlumat verilmişdi ki, modelin hazırlanmasına və ilk 10 avtomobilin istehsalına 36,4 milyon dollar ayrılıb ki, bu da hazırda Amerikanın ən bahalı yolsuzluq avtomobili olması deməkdir.

İlk avtomobil istehsal olunub və ABŞ Diplomatik Təhlükəsizlik Xidmətinə verilib. Vizual olaraq zirehli Chevrolet Suburban Shield standart modeldən demək olar ki, fərqlənmir. O, qalın gülləkeçirməz şüşə və radiator barmaqlığının arxasında yanıb-sönən işıqlarla verilir.

…Chevrolet Suburban Shield-in özəlliyi ondan ibarətdir ki, zireh avtomobilin dizaynına inteqrasiya olunub. Yəni, zirehli lövhələr adətən hazır avtomobillərdə quraşdırıldığı üçün yolsuzluq avtomobili sıfırdan qorunaraq hazırlanıb.

Beləliklə, təkcə mühafizəni gücləndirmək deyil, həm də avtomobilin dinamikasını və idarəetməsini yaxşılaşdırmaq mümkün olub.

Model iki versiyada mövcuddur. 1LT-də daha sadə üç yerlik ikinci və üçüncü sıra divanlar, 2LT-də isə fərdi rahat oturacaqlar var. Avtomobilin güc blokları standart olaraq qalıb. Yeni Chevrolet Suburban Shield 426 at gücü hasil edən 6,2 litrlik V8 benzinlə təklif olunacaq və 3,0 litrlik 305 at gücünə malik turbodizellə təcziz olunub.

Nazlı Almuradova

Seçilən
28
sia.az

1Mənbələr